Repetitorların fəaliyyəti qadağan ediləcək? -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Repetitorların fəaliyyəti qadağan ediləcək? - Rəsmi açıqlama

Sosial

03 Noyabr 2021 20:11 1545


"Valideynlərin övladlarını repetitor yanına qoymaları məcburiyyət yox, seçimdir. Təhsil Nazirliyi hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkil olunmasını təmin edir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, təhsilin bütün pillələrinə aiddir: "Valideyn bununla paralel olaraq, həmin xidmətlərdən istifadə edirsə, buna qadağa qoymaq bizim mandatımıza aid deyil. Düşünmürəm ki, repetitor yanına getmək məktəbdəki təhsilə inamsızlıqdan yaranır. Çünki bizdə vahid kurikulum sistemi olduğuna görə hər hansı sinifdə hansısa fənnin tədris saatı ilə bağlı fərq yoxdur. Ona görə də bölgə məktəbləri ilə Bakı məktəblərinin dərs keyfiyyətində fərq yoxdur”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Məktəbdə dərsdən başqa her şey edir bəziləri.Ora gedek pul,bura gedey pul,filan tedbire paltar alaq pul,falan parka gedey pul,ay balamm ders təhsil ne vaxt olacaq?bütün uşaqların elinde telefon iqra.siz ne danışırsız.5-10 nefer valideyin övladın təhsilli görmək istəyir ona görədə repititor yanına göndərir yaxşıda edir.bu o valideyinin suveren hüququdur.Neye qadaqan edirsiz?Təhsili qırıb milleti bedbext etməkdi fikriniz? Ders elm verməkdən başqa her şey fikirləşirsiz...Siz gedin mekteblerde yiqilan fond,süpürge ,8 mart o bu filan şey üçün olan pulların kökün kesin.
    5 years ago