Rəşad Dağlının məşhur “Niva”sı satılır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlının məşhur “Niva”sı satılır - VİDEO

Şou

23 Dekabr 2023 10:40 3507


Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb.

“Yeni Sabah” axşam.az-a istinadən xəbər verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb. 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. pizza sifarişi

O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!