Rəşid Mahmudovun həyat yoldaşını kim “öldürüb”? -   “50 manat verib yola saldım ki...”

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Mahmudovun həyat yoldaşını kim “öldürüb”? - “50 manat verib yola saldım ki...”

Sosial

04 Aprel 2022 21:04 1430


Sosial şəbəkələrdə bir neçə gündür ki, Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun həyat yoldaşının vəfat etməsi ilə bağlı xəbərlər dolaşır.

Yenisabah.az xəbər verir ki, bu xəbər həm də Rəşid müəllimin adına açılmış "facebook” hesabından yayılır.

Rəşid Mahmudov yayılan xəbərlərin yalan olduğunu deyərək, ailəsi haqqında dezinformasiya yayan şəxsin kimliyini Bizim.Media-ya açıqlayıb.  Dördpendirli pizza

"Yoldaşım da, mən də çox şükür yaxşıyıq. Bu xəbər yalandı. Mən heç elə status, yazı yazmağı bacarmıram internetdə. Bu 1-ci dəfə deyil, dəfələrlə həmin şəxs mənim adımdan saxta xəbərlər yazaraq camaatı aldadıb.

Gah mənim öldüyümü, gah da oğlumun, yoldaşımın başına iş gəldiyini yazır. Bu Füzuli rayonunun Balabəhmənli kəndindən Abdullayev Tural Mirağa oğludur. Buradan DİN-ə də müraciət edirəm ki, adını çəkdiyim şəxs haqqında tədbir görülsün”.

Rəşid müəllimin sözlərinə görə, adam təkcə saxta profil, xəbər yaymaqla kifayətlənməyib, hətta onun ev ünvanını taparaq pul da alıb:

"Ev ünvanımı da tapıb düz çıxıb qapıma gəlmişdi. Deyirəm mənim haqqımda niyə yalan yazırsan bəs? Gördüm getmir, 50 manat pul verib yola saldım ki, bəlkə bununla sakit qalar amma yenə də əməlinə davam edir”, - deyə qeyd edən Rəşid Mahmudov bu şəxslə bağlı aidiyyatı orqanlara müraciət ünvanlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!