Ronaldoya Maradona mükafatı təqdim olunacaq 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldoya Maradona mükafatı təqdim olunacaq 

İdman

05 Yanvar 2024 10:36 921


“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo kolleksiyasına daha bir mükafat əlavə edəcək. 

Yenisabah.az xəbər verir ki, o, ilin ən yaxşı bombardirinə verilən Maradona mükafatına layiq görüləcək. Mükafat yanvarın 19-da Dubai Globe Soccer Awards 2023-də təqdim olunacaq. 

"Qızıl top"un beşqat sahibi 2023-cü ildə "Əl Nəsr" və Portuqaliya millisində ümumilikdə 54 qol vurub. 38 yaşlı hücumçu bombardirlər yarışında PSJ-dən Kilian Mbappe (52 qol),  “Bavariya”dan Harri Keyn (52), “Mançester Siti”dən Erlinq Haalandı (50) qabaqlayıb.  pizza hut

Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 18 matçda 20 qol vurub və 9 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!