“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib. pizza sifarişi
“Roşka” bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə inzibati qaydada həbs edilib
Telegram kanalımız