Rövnəq Abdullayevin son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayevin son durumu açıqlandı

Sosial

15 Yanvar 2024 12:14 24709


Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.

Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.

Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb. Pepperoni pizza

Qurumun mətbuat katibi Elnur Məmmədli cavab olaraq hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:

“Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!