Ruhi xəstə itkin düşdü - Foto
07 Apr 2020 10:03
88

Ruhi xəstə itkin düşdü - Foto

Gəncədə itkin düşən şəxs axtarılır.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu  il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

E.Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Ruhi xəstə itkin düşdü - Foto

Oxşar xəbərlər