Rus jurnalist Kosovada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Rus jurnalist Kosovada saxlanıldı

Dünya

07 Avqust 2022 10:15 851


“Komsomolskaya Pravda”nın müxbiri Darya Aslamova casusluqda ittiham edilərək Kosovoda saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Kosovonun ABŞ-dakı keçmiş səfiri Vlora Çitaku feysbuk səhifəsində rus jurnalistin saxlanılması ilə bağlı bunları yazıb: 

“Darya Aslamova bu gün Serbiyadan Kosovoya keçmək istəyərkən saxlanılıb. O, Putinin tərəfdarı və rus təbliğatçısıdır. Onun "səyahətinin" məqsədini anlamaq üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur. Aslamova hazırda Kosovo hakimiyyətinin nəzarətindədir”.  Sezar pizza

Aslamovanın saxlanılması ilə bağlı ilk məlumatı Kosovo Daxili İşlər Nazirliyinin rəhbəri Celal Sveçliya öz "Facebook" hesabında yazıb. O bildirib ki, artıq bir neçə ölkə Darya Aslamovanın jurnalist adı altında Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini sübut edib. Nazir onun Ukraynadakı hərbi əməliyyatlarda da iştirak etdiyini yazıb. Sveçliya əlavə edib ki, Aslamovanın artıq bir neçə ölkəyə girişinə qadağa qoyulub. 

Xatırladaq ki, Darya Aslamova ötən il ermənilərin Qarabağdan köçünə dair “Komsomolskaya pravda”da dərc edilmiş səs-küylü reportajı ilə də tanınır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!