Rus pilotlar Ermənistanda təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

Rus pilotlar Ermənistanda təlimlərə başladı

Dünya

26 Mart 2023 14:40 838


Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının ordu aviasiyasının Mi-8MTV-5 və Ka-52 helikopterlərinin ekipajları yüksək dağlıq ərazilərdə təlim uçuşları həyata keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi məlumat yayıb.

“Dağlıq ərazidə ekipajlar günün müxtəlif vaxtlarında, o cümlədən, ultra aşağı diapazonlarda mürəkkəb manevrlər həyata keçirib, hazırlıqsız yerə enmə, axtarış-xilasetmə işlərini, dağlıq ərazidə şərti yaralıların təxliyəsini yerinə yetiriblər. Təlimə hərbi bazanın 120-dən çox şəxsi heyəti və 20 ədəd texnikası cəlb olunub”, - məlumatda bildirilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!