Rusiya bu ölkədə çevrilişə hazırlaşır - ABŞ

saytların hazırlanması

Evə çatdırılma

Rusiya bu ölkədə çevrilişə hazırlaşır - ABŞ

Dünya

10 Mart 2023 22:59 1759


Rusiya kəşfiyyatı ilə əlaqəsi olan şəxslər Moldovada hökuməti devirmək və daha çox rusiyayönlü hökumət qurmaq üçün etiraz aksiyaları keçirməyi planlaşdırırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin adı açıqlanmayan rəsmi nümayəndələri məlumat verib.

Bildirilib ki, Rusiya Avropa Birliyi ilə sıx əlaqələr qurmağa çalışan Moldova hökumətini zəiflətməyə çalışır. pizza

Vaşinqton Rusiya hökuməti ilə əlaqəsi olan şəxslərin Moldovada hökumət əleyhinə nümayişçilərə hazırlıq keçə biləcəyinə dair əlamətlər görür.

Amerika tərəfi hesab edir ki, Rusiya Moldovada sabitlik haqqında dezinformasiyanın yayılmasına şərait yaradır. Buna misal olaraq Rusiya Müdafiə Nazirliyinin Ukraynanın guya Dnestryanı işğal etməyi planlaşdırdığı barədə bəyanatını göstərmək olar.

ABŞ rəsmiləri iddiaların əsassız, yalan olduğunu bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!