Rusiya İrana 2 növ helikopter verəcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiya İrana 2 növ helikopter verəcək

Dünya

23 Fevral 2023 14:03 663


Rusiya İrana "Kamov-52" və "Mi-28" helikopterləri verə bilər.

Yenisabah.az "Etemad"a istinadla xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Müxbirin bir müddət əvvəl Moskvaya səfər zamanı razılıq əldə olunub.

Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin də Rusiya şirkətlərinin İranla helikopterlərin birgə istehsalına hazır olduğunu bəyan edib. Eləcə də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri yazın əvvəllərində "Su-35" qırıcılarının təchizinə başlanılacağını bildirib. Dominos pizza

Bundan başqa, “Panha” (İran Helikopterlərinin Dəstəklənməsi və Modernləşdirilməsi) şirkətinin baş direktoru general Müctəba Ruhani bildirib ki, İran helikopterlərin təmiri üçün regional mərkəzə çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!