Rusiya isveçli diplomatları ölkədən çıxarır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya isveçli diplomatları ölkədən çıxarır

Dünya

25 May 2023 13:26 677


Rusiya 5 İsveç diplomatını "persona non-qrata" elan edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu gün İsveçin Rusiyadakı səfiri Milena Mard XİN-ə çağırılıb. Stokholm 2023-cü il sentyabrın 1-dən etibarən Rusiya Federasiyasının İsveçin Goteborq şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırdığını elan edib. pizza sifarişi

Rusiya tərəfi də İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb. Bundan əlavə, Rusiya İsveçin Moskvadakı səfirliyinin müdafiə attaşesi də daxil olmaqla, 5 İsveç diplomatını "persona non-qrata" elan edib. Onlar Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!