Rusiya ordusu Ukraynada “əriyir”: Daha 500 hərbçi öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Ukraynada “əriyir”: Daha 500 hərbçi öldürüldü

Dünya

11 Aprel 2023 09:51 662


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 500 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 179 320 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 10 zirehli döyüş maşını, 15 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!