Rusiya qadağa qoydu: Azərbaycanda bu məhsul bahalaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qadağa qoydu: Azərbaycanda bu məhsul bahalaşacaq

Sosial

09 Aprel 2024 16:55 68130


Şəkərin Rusiya Federasiyasından ixracına qadağa qoyulur. Qadağa 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Hələ martın ortalarında Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il avqustun 31-dək Rusiya Federasiyasından şəkərin ixracını qadağan edən hökumət qətnaməsi layihəsi hazırlayıb. Ölkəmizin şəkər idxal etdiyi əsas ölkələrdən biri də məhz Rusiyadır. 

Bəs Rusiya Federasiyasının sözügedən qərarı Azərbaycanın daxili bazarına təsir göstərə bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, tələbatı başqa ölkələrdən qarşılamaq mümkündür, ancaq bu çıxş yolu deyil:  Toyuqlu pizza

“Azərbaycan bir neçə ölkədən şəkər idxal edir. İdxalın bir hissəsi Rusiyadan gəlir, amma Rusiyadan gələn hissə o qədər də böyük deyil. Biz əsasən şəkəri İrandan alırıq. Rusiyadan ixrac olunan şəkər tələbatını başqa ölkələrdən gələn şəkərin idxalını artırmaqla kompensasiya edə bilərik. Amma məsələ burasındadır ki, Azərbaycanın bu sahədə öz yerli tələbatını ödəyə biləcək potensialı var. Sadəcə olaraq, ölkədə cəmi 1 şəkər zavodu var. Son 1-2 ildə ölkəmizdə şəkər çuğunduru istehsalı çoxalsa da, 90-cı illərə nisbətən daha azdır. Hətta o vaxtlar İran bizdən şəkər çuğunduru idxal edirdi. İndi isə əksinədir”. 

Ekspert ölkəmizdə şəkər çuğundurunun əkilməsinin olduqca əlverişli olduğunu diqqətə çatdırıb.

“Azərbaycanda şəkər çuğunduru adətən Qazax, Tovuz və Gəncə bölgəsində əkilir. Ümumi götürsək, şəkər çuğundurunun əkilməsinə şimal ərazilərində daha çox rast gəlirik. Ötən il ən çox şəkər çuğunduru Tovuz rayonunda istehsal olunub. Yəni şimal rayonlarında bu bitki daha yaxşı əmələ gəlir. Lakin mərkəzi aran və cənub rayonlarında da şəkər çuğunduru əkmək mümkündür”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kamran
    Mene maraqlidir ki,bizim olke oz milletini neyle temin ede bilir?Vallah bu gedisle havani da pulnan getirib satacaqlar basqa olkelerden.Bu boyda olkede niye sheker zavodu bir dene olmalidirki?
    2 years ago
  • İlahə
    Tovuz, Gəncə, Qazax nə vaxtdan şimal olub, olmaya xəritəni 90 dərəcə sağa çeviriblər? ????
    2 years ago
  • Nəsimi
    Qadağanın səbəni nədir?
    2 years ago
  • Mila
    Tovuz -Gence qerb rayonlaridir
    2 years ago
  • Haller
    Qardaslar arasinda fikir ayriligi olmaz
    2 years ago