Rusiya Ukrayna bataqlığında: Ölən hərbçilərin sayı 100 min nəfəri keçdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukrayna bataqlığında: Ölən hərbçilərin sayı 100 min nəfəri keçdi

Dünya

22 Dekabr 2022 10:04 716


Rusiya artıq Ukraynada 100 min nəfərdən çox hərbçi itirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan məlumatında deyilir. 

“Bu gün, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada artıq 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib”, - hesabatda deyilir.  pizza sifarişi

Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib. 

Həmçinin, ukraynalı müdafiəçilər düşmənin Forpost tipli PUA-sını və daha iki Lancet-3 tipli təyyarəsini vurub. 

"Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar", - Baş Qərargah əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!