Rusiya Ukraynanın üstünə 300 minlik orduyla gedib

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın üstünə 300 minlik orduyla gedib

Dünya

02 Fevral 2023 10:51 618


“Rusiya işğalın ildönümündə yeni hücuma keçə bilər”. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. 

“Ruslar simvolizmlə yaşayırlar, ona görə də fevralın 24-dək nəsə etməyə cəhd edə bilərlər”, - deyə müdafiə naziri söyləyib.  Dördpendirli pizza

Nazir deyib ki, Ukrayna Rusiya qüvvələrinin həcmini kiçik hesab etmir. 

“Rəsmi rəqəm 300 mindir, bu, səfərbər olunanların sayıdır, lakin sərhədlərdə qoşunları görəndə, bu, bizim hesablamalarımıza görə, daha çox deməkdir”, – əlavə edib. 

Qeyd edək ki, ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov da analoji açıqlama ilə çıxış etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!