Rusiya və Belarus müdafiə paktı imzalaycaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Belarus müdafiə paktı imzalaycaq

Dünya

10 Aprel 2023 15:19 601


Vladimir Putin Lukaşenko ilə danışıqlar zamanı Belarusun tam təhlükəsizliyini təmin etmək üçün dövlətlərarası hüquqi aktın hazırlanmasını təklif edib.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

O bildirib: “Belə bir fikir yarandı ki, Belarusa təcavüz olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qorusun. Bizə məhz bu lazımdır. pizza mizza

Minnətdaram ki, bütün çətinliklərə baxmayaraq, Belarusda bir neçə min əsgər saxlayırsınız. Lazım gəldikdə bu prosesə qoşulmuşuq. Sizin zabitlərlə birlikdə bu uşaqlara təlim keçir, döyüş koordinasiyasını öyrədirik. Sayıqlığı itirməyə haqqımız yoxdur, görürsünüz ki, polyaklar və litvalılar necə fəallaşmağa başlayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!