18 Avqust - 06:14
Rusiyada koronavirus tüğyan edir:  20 min yeni yoluxma

Rusiyada koronavirus tüğyan edir: 20 min yeni yoluxma

Dünya

06 Avqust 2022 13:13 496


Rusiyada son bir gündə 19 min 974 koronavirusa yoluxma faktı qeydə alınıb. Əvvəlki günlə müqayisədə yoluxmada artım var. Ötən gün 18 min 555 yoluxma hadisə qeydə alınıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bir gündə virusa yoluxanların sayı martın 30-dan sonra qeydə alınan maksimum göstəricilərə yaxınlaşır. Sözügedən dövrdən bu günə qədər maksimum göstərici 20 min 145 olub. 

Qeyd edək ki, pandemiyanın başlanğıcından indiyədək Rusiyada 18.692.396 koronavirusa yoluxma halı qeydə alınıb ki, bunlardan 18.030.626 nəfər sağalıb, 661.770 nəfər vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!