Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötüb
26 Fev 2021 13:46
186

Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötüb

Rusiyada son sutka ərzində daha 11 086 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Yenisabah.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 223 186 nəfərə çatıb.

Son sutka ərzində 428 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 85 304 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər