Rusiyada rekord sayda yoluxma qeydə alındı
01 Okt 2020 15:29
318

Rusiyada rekord sayda yoluxma qeydə alındı

Rusiya gündəlik yoluxma sayına görə rekord həddə çatıb.

Yenisabah.az xəbər verir ki, sutka ərzində 8 945 nəfərin virus daşıyıcısı olduğu müəyyənləşib. 

Rusiyanın koronavirus infeksiyasına nəzarət və profilaktika mərkəzinin yaydığı məlumata görə, bu, Rusiyada 12 iyundan bəri qeydə alınan ən yüksək göstəricidir. Beləliklə, ümumi yoluxma sayı 1 185 231 nəfərə çatıb.

Ölənlərin sayı isə 169 nəfər artaraq 20 891 nəfər olub.

Bildirək ki, bu günədək 964 242 xəstə virusa qalib gəlib. Son gün ərzində sağlayanların sayı isə 5 985-dir. Hazırda ölkədə 200 098 aktiv virus daşıyıcısı var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər