Rusiyada rekord sayda yoluxma qeydə alındı
28 Sen 2020 15:52
361

Rusiyada rekord sayda yoluxma qeydə alındı

Rusiyada son gün ərzində 18 iyundan bəri ən yüksək yoluxma sayı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, sutka ərzində 8 135 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, ümumi yoluxma sayı 1 159 573 olub. Onlardan 945 920 nəfər sağalıb.

Ölənlərin sayı isə 61 nəfər artaraq 20 385 nəfərə çatıb. Hazırda ölkədə 193 268 aktiv virus daşıyıcısı var ki, onlardan 2 300 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Rusiyada bu günədək 45,4 milyon koronavirus testi tətbiq olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər