Ukraynadakı işğalçılıq müharibəsindən qayıdan İrkutsk sakini güllələnib.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Baza” telegram kanalının yaydığı məlumatda qətl hadisəsinin bəzi təfərrüatları əks olub. Məlum olub ki, S.Yuri adlı bu şəxs “Vaqner” qruplaşmasının üzvü olub və Ukraynadakı müharibədə iştirak edib. Mayın 24-də İrkutskun Karaxun qəsəbəsində müharibədən bir gün öncəki qayıdışını qeyd edən və tanışları üçün spirtli içkinin bol olduğu “məclis” quran S.Yurinin Konstantin adlı dostuyla mübahisəsi düşüb. Dostu çox düşünmədən tüfənglə “vaqnerçi”ni qətlə yetirib.
Qətllə bağlı Konstantin özü polisə məlumat verib. Dördpendirli pizza
Beləliklə də Ukraynanın işğalında iştirak edən daha bir “qəhrəman döyüşçü” öz “şərəfli” və layiq olduğu sonluğuna yetişmiş olub...
Telegram kanalımız