Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı  AÇIQLAMA
13 Yan 2021 22:57
660

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır:

"Atəşkəs pozuntuları qeydə alınmayıb"

Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər