Ukraynadan Rusiyaya göndərilən tabutların sayı   210 minə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Rusiyaya göndərilən tabutların sayı 210 minə çatdı

Dünya

05 İyun 2023 09:36 581


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 410 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 210 350 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 11 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!