Rusiyalı hərbçi Ermənistanda diri-diri yandı
23 Yan 2021 12:32
353

Rusiyalı hərbçi Ermənistanda diri-diri yandı

Ermənistanın Gümrü şəhərində ağır qəza baş verib.

Yenisabah.az xəbər verir ki, 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakovun idarə etdiyi “Opel” markalı avtomobillə 83 yaşlı Gümrü sakini Seryoja Hakopyana məxsus “KamAZ” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində “Opel” markalı avtomobildə yanğın baş verib. Xilasedicilər sürücünün yanmış cəsədini avtomobildə tapıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Məlumata görə, Xomyakov Gümrüdəki Rusiya hərbi bazasında xidmət edirmiş.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər