Kosovoda saxlanılan “Komsomolskaya Pravda”nın müxbiri Darya Aslamova sərbəst buraxılıb.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, o artıq Serbiyadadır.
Aslamova kp.ru saytının redaktorları ilə əlaqə saxlayıb və Serbiya-Kosovo sərhədində yerləşən Raska şəhərində olduğunu bildirib. Pepperoni pizza
Avqustun 7-nə keçən gecə Kosovo səlahiyyətliləri onu saxladıqdan sonra sərbəst buraxıb, bundan sonra özü avtobusla sərhədə çatıb.
Bundan əvvəl tanınmamış Kosovonun Daxili İşlər Nazirliyinin rəhbəri Celal Sveçliya sosial şəbəkədə rusiyalı jurnalistin saxlandığını açıqlamışdı. Onun sözlərinə görə, saxlanılma avqustun 7-nə keçən gecə “şimalda (Kosovo) sərhəd-keçid məntəqəsində” olub.
Sveçlya iddia edib ki, “bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və özünü jurnalist kimi təqdim etdiyini sübut edib”.
Telegram kanalımız