Rusiyanın Ukraynadakı itkiləri 120 minə çatır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ukraynadakı itkiləri 120 minə çatır

Dünya

20 Yanvar 2023 11:16 638


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 770 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 119 300 nəfərə çatıb.  pizza mizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 6 zirehli döyüş maşını, 7 artilleriya sistemi, 4 PUA və 7 hərbi avtomobil Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!