Rusiyaya məxsus 3 PUA vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya məxsus 3 PUA vuruldu

Dünya

27 May 2023 21:28 623


Ukrayna qoşunları Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə dörd, habelə zenit-raket komplekslərinə üç zərbə endirib. 

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. 

Bundan əlavə, bu gün Rusiyaya məxsus üç müxtəlif tipli PUA məhv edilib. Toyuqlu pizza

“Raket və artilleriya bölmələri silah və hərbi texnikanın cəmləşdiyi əraziyə, 2 komanda məntəqəsinə, 2 sursat anbarına və düşmənin daha bir mühüm hərbi obyektinə zərbələr endirib”, - Baş Qərargahın axşam hesabatında deyilib. 

"Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır", - Baş Qərargah xəbərdarlıq edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!