Ruslan Əliyev zərəçəkmiş Ağamirzə Vəliyevi ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Ruslan Əliyev zərəçəkmiş Ağamirzə Vəliyevi ziyarət etdi

Sosial

08 Aprel 2022 20:22 858


Bu gün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bir neçə gün öncə xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki hücumuna məruz qalmış Birliyin əməkdaşı Ağamirzə Vəliyevə baş çəkib.

Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Baş direktor zərərçəkmiş əməkdaşın sağlıq durumu və qayğıları ilə yaxından maraqlanıb. O, əməkdaşlarına qarşı olunan bu halın yolverilməz olduğunu bildirib. Ruslan Əliyev zərərçəkmiş əməkdaşa tezliklə sağlıq durumunun düzəlməsini və yenidən işinə qayıtmasını arzulayıb. pizza sifarişi

Sonra baş direktor Birliyin əməkdaşı Ağamirzə Vəliyevi “Azəriqaz” İB-də faydalı işinə, nümünəvi əmək failiyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!