Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI
25 İyl 2021 21:50
14682

Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin iyulun 25-nə olan fəaliyyəti ilə bağlı yaydığı məlumatda deyilir.

Bildirilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Məlumata görə, bu gün rus sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: “Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”

Həmçinin qeyd olunub ki, sülhməramlılar 617 erməni zəvvarı Xocavənd rayonu ərazisindəki Amaras monastırına müşayiət ediblər.

“Rusiya sülhməramlı kontingentinin minalardan təmizlənməsi qrupları ərazini minalardan təmizləməyə davam edirlər. Gün ərzində Martuni (Xocavənd – red.) bölgəsindəki 3 hektar ərazi partlamamış hərbi sursat və partlayıcı maddələrdən təmizlənib.

23 noyabr 2020-ci ildən bəri 2210,5 hektar ərazi, 657,3 km yol, 1905 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25,767 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib” – açıqlamada bildirilir.

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır./Modern.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər