Rüşvətxorları həbsdən kim azad edir?

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətxorları həbsdən kim azad edir?

Sosial

05 Aprel 2022 12:16 848


Baş prokurorluq Gömrük Komitəsinin rüşvət alan vəzifəli şəxslərinə məhkəmə tərəfindən yüngül cəza verilməsinə etiraz edib və hökmdən protest verib. Prokurorluğun bu addımı məndə təəccüb yaratdı. Bu vaxta qədər görmədiyimiz bir işdir. Demək ki, ədalət üçün mübarizə aparmaq imkanı var, yetər ki, buna istək olsun. Prokurorluğun protesti bu istəyin olduğunu göstərir.

Biz bu vaxta qədər əksini görmüşük, elə bu faktda da eyni tamaşanı izləyirik. Azərbaycanda kimi dindirsən, gömrükdən şikayət edər. Alıcı da, satıcı da. Çünki çanaq hər birimizin başında çatlayır, bazardakı qiymətlərin bahalığına səbəbin də məhz gömrük idarəçiliyindən qaynaqlandığını deyirlər. Çox dərinə getməyək. Prokurorluğun yaydığı məlumata diqqət yetirək.

Komitənin 8 əməkdaşı hakim qarşısına çıxarılıb. Onlar ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı prosedurların sürətli icra edilməklə idxal olunan malların gömrük nəzarətindən sərbəst dövriyyəyə buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində ittiham olunurlar. Marqarita pizza

Buna görə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və digər maddələri ilə başlanıb və iş məhkəməyə göndərilib. Təkcə 311.3.1 maddəsi ilə onları səkkiz ildən on iki ilədək azadlıqdan məhrumetmə gözləyirdi.

Bəs məhkəmə nə edib? Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Orxan Zöhrabova təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab edilib və 1 il sınaq müddəti təyin edilib, Mirağa Ağayevə isə bəraət verilib.

Bərəkallah! Gördünüz? Maddədə minimum 8 il həbs nəzərdə tutulur. Bəs nə oldu? Sehirbaz hansı foksu göstərdi ki, vəzifəli şəxslərin qrup şəklində törətdiyi bir cinayətə xuliqanlıq maddəsində nəzərdə tutulan cəza təyin edildi?

Hər kəs nəyin və necə baş verdiyini bilir və ya ehtimal edir. Bundan əvvəl rüşvət və korrupsiyaya görə həbs olunan şəxslərin yüngül cəza aldığını, yaxud cəzasının bir hissəsini çəkdikdən sonra azad edildiyini görməmişikmi?! Nədənsə, məhkəmə sistemimiz bu cür cinayət törədənlərə qarşı həddindən artıq humanist davranır. Hakimlərimizin həmin cinayətkarlara ürəyi ağrıyır, ən yüngül cəza seçilir. Hələ onların həbs aldıqdan sonra Pentensiar Xidmətin Müalicə Müəssisələrində istirahət etmələrini bir kənara qoyuram. Hansı ki, biz toyuq oğrularına münasibətdə heç vaxt bunun şahidi olmamışıq. Hansı məntiqləsə ölkəmizdə toyuq oğurlamaq rüşvət almaqdan, dövlətin malını talamaqdan daha ağır cəza sayılır... 

Prokurorluğun bu protestinin arxasında nə dayandığını düşünmədən “bravo” deyirəm. Bu, nəyəsə ümid yaradır. Nə olur olsun, cəza adekvat olanda hüquq öz taxtında daha möhtəşəm görünür. 

Elnur Məmmədli
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!