Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Saakaşvili tərəfdarları yenidən toplaşdı: Mitinq keçirilir
02 Dek 2021 14:05
308

Saakaşvili tərəfdarları yenidən toplaşdı: Mitinq keçirilir

Gürcüstanda Tbilisi Şəhər Məhkəməsi ərazisində yenidən Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir.

Yenisabah.az xəbər verir ki, aksiya iştirakçıları Saakaşvilinin məhkəməsinin keçirildiyi binanın qarşısına pencəklər gətiriblər.

İştirakçılar bunu onunla izah ediblər ki, bununla Mixail Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə dövlət əmlakını mənimsəməkdə ittiham olunması ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesinə etiraz edirlər.

İndiyədək aksiya iştirakçılarının və media nümayəndələrinin məhkəmənin həyətinə daxil olmaq imkanı yox idisə, hazırda bu məhdudiyyət aradan qaldırılıb və etirazçılar hazırda həm məhkəmənin həyətində, həm də onun ətraf ərazisindədirlər.

Məhkəmənin ətrafına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin “Pencək işi” adlandırılan məhkəmə prosesi keçiriləcək.

Gürcü siyasətçi prezidentliyi dövründə Dövlət Mühafizəsi üzrə Xüsusi Xidmətin büdcəsindən 8,8 milyon lari həcmində vəsaiti dəbdəbəli məhsullara xərcləməkdə ittiham olunur. Mənimsənilən vəsaitin isə Londonda 49,5 min lari dəyərində pencək və kəşmir palto alınmasına, eləcə də digər bahalı paltarlar, bahalı otel nömrələri, spa və s. üçün xərcləndiyi bildirilir.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər