Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Saakaşviliyə görə 4-cü şəxs həbs edildi
20 Okt 2021 15:51
510

Saakaşviliyə görə 4-cü şəxs həbs edildi

Gürcüstanda Mixeil Saakaşvilinin dövlət sərhədini keçməsiylə əlaqədar dördüncü şəxs həbs edilib.

Yenisabah.az bildirir ki, bu barədə "Azadlıq Radiosu"nun Gürcü Xidməti məlumat yayıb.

İstintaq Gürcüstanın dövlət sərhədi üzərindən qanunsuz miqrantların daşınması, Gürcüstana qanunsuz daxil olması üçün müvafiq şəraitin yaradılması, habelə ağır cinayətin gizlədilməsi çərçivəsində aparılır.

Həbs olunan şəxsin kimliyi açıqlanmayıb.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti, 8 illik fasilədən sonra oktyabrın 1-də Gürcüstana qayıdıb və həmin gün həbs edilib. Bundan sonra isə Saakaşvili həbsxanada aclıq elan edib. Onun səhhətinin pisləşməsi ilə bağlı həkimlər tərəfindən mütəmadi məlumatlar ictimaiyyətlə paylaşır.

Qeyd edək ki, Gürcüstanın keçmiş lideri qiyabi olaraq 4 cinayət maddəsi ilə ittiham olunur və onlardan ikisi artıq təsdiqlənib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər