Sabah 26 min nəfər imtahan verəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah 26 min nəfər imtahan verəcək

Sosial

02 Aprel 2022 10:51 566


Sabah Azərbaycanda qəbul, buraxılış və bir sıra digər imtahanlar keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenisabah.az-a bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də baş tutacaq.

Sabah əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, 11 illik təhsil bazasında kolleclərə qəbul, martda keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməmiş XI sinif şagirdləri üçün buraxılış və digər imtahanların keçirilməsi nəzərədə tutulub. Sezar pizza

Saat 11:00-da başlanacaq imtahanlarda ümumilikdə 26 087 nəfərin iştirakı nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!