"Sabah" futbol klubunun akademiyasının yetirməsi olan Əli Hüseynli karyerasını İspaniyada davam etdirmək imkanı qazanıb.
“Yeni Sabah” xəbər verir ki, hazırda "Sabah"ın U-14 komandasında çıxış edən gənc futbolçu İspaniyanın tanınmış klublarından olan "Villarreal"ın skautlarının diqqətini cəlb edərək seçimlərdən uğurla keçib.
Tərəflər arasında əldə olunan razılığa əsasən, Əli Hüseynli 13 yaşı tamam olduqdan sonra İspaniyaya yola düşəcək və "Villarreal"ın akademiyasına qoşulacaq. pizza hut
Nazim Hacıyev
Telegram kanalımız