“Komo”dan darmadağın, “Sabah” əliboş döndü – Çempionlar Liqasında gecənin nəticələri

saytların hazırlanması

Evə çatdırılma

“Komo”dan darmadağın, “Sabah” əliboş döndü – Çempionlar Liqasında gecənin nəticələri

İdman

05 Noyabr 2026 08:38 47


UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun növbəti matçları başa çatıb. Avropa futbolunun ən nüfuzlu turnirində keçirilən 9 qarşılaşma azarkeşlərə həyəcanlı və bol qollu anlar bəxş edib.

“Yeni Sabah” xəbər verir ki, gecənin mərkəzi qarşılaşmasında İstanbulda "Fənərbaxça" İngiltərə nəhəngi "Liverpul"u 3:2 hesabı ilə üstələyərək vacib 3 xalı aktivinə yazdırıb. Fransada isə turnirin ən böyük sensasiyası qeydə alınıb və İtaliyanın "Komo" klubu "Lans"ı səfərdə 9:1 hesabı ilə darmadağın edib.

Paralel keçirilən digər qarşılaşmalarda "Real Madrid" səfərdə “AEK Afina"nı 3:2, "Mançester Siti" isə "RB Leypziq"i eyni hesabla 3:2 məğlub etməyi bacarıb. "Portu" öz meydanında "Napoli" üzərində 4:1 hesablı rahat qələbə qazanıb, Toyuqlu pizza

"Borussiya Dortmund" "Real Betis"i 2:1, "Arsenal" "Slaviya Praqa"nı 2:1, "Brügge" isə "PSV Eyndhoven"i 2:1 hesabı ilə üstələyib. Təmsilçimiz "Sabah" isə Norveç səfərində "Vikinq"ə 1:4 hesabı ilə məğlub olaraq Bakıya xalsız qayıdıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!