Vens məğlubiyyətin səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Vens məğlubiyyətin səbəbini açıqladı

Dünya

05 Noyabr 2026 08:36 43


ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkədə keçirilən aralıq seçkilərində Respublikaçılar Partiyasının uğursuzluqla üzləşməsindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, partiyanın məğlubiyyətini birbaşa İranla yaşanan hərbi münaqişə və seçicilərin bu siyasətə qarşı çıxması ilə əlaqələndirib.

Vens sosial media hesabındakı açıqlamasında seçicilərin əsas narazılığının məhz aparılan hərbi əməliyyatlar olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə hakim partiyanı dəstəkləyən bir çox vətəndaş müharibə amilinə görə mövqeyini dəyişərək səslərini digər siyasi qüvvələrə verib. pizza sifarişi

Açıqlamada həmçinin respublikaçı seçicilərin xarici münaqişələr əvəzinə daxili iqtisadi problemlərə, yaşayış xərclərinə və inflyasiyaya diqqət yetirilməsini tələb etdiyi diqqətə çatdırılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!