Böyük Britaniyanın keçmiş diplomatı Yan Praud ölkənin müdafiə qabiliyyəti və hərbi hazırlığı ilə bağlı kəskin xəbərdarlıqla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, siyasətçilərin və hərbi rəhbərliyin müharibə bəyanatlarını tənqid edən diplomat, Londonun mövcud şəraitdə böyükmiqyaslı münaqişələrə hazır olmadığını bildirib.
Praud diqqətə çatdırıb ki, Birləşmiş Krallıq ordusunda şəxsi heyətin sayı 73 500 nəfərə qədər geriləyib ki, bu da 1823-cü ildən bəri qeydə alınan en aşağı göstəricidir. Sabiq diplomat müdafiə xərclərinin ÜDM-in 2.7 faizindən yuxarı qalxmasının maliyyə baxımından mümkün olmadığını və dövlət büdcəsinin ordunun genişləndirilməsinə imkan vermədiyini vurğulayıb. pizza hut
Eyni zamanda, Böyük Britaniya ictimaiyyətinin də hərbi münaqişələrə cəlb olunmaq istəmədiyi və ölkə daxilindəki sosial-iqtisadi problemlərin həllinə daha çox üstünlük verdiyi bəyan edilib. Praud rəsmi Londonun hərbi iddiaları ilə mövcud iqtisadi və hərbi resursları arasında böyük uçurumun olduğunu xüsusi olaraq qeyd edib.
Nazim Hacıyev
Telegram kanalımız