Yeni nazir onları yola salacaq – Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir onları yola salacaq – Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Sosial

04 Noyabr 2026 10:24 236


Yeni səhiyyə naziri Anar Bayramov ciddi kadr dəyişikliklərinə hazırlaşır.

“Yeni Sabah” Bakupost-a istinadla bildirir ki, səhiyyə nazirinin dörd müavinindən üçünün vəzifədən azad ediləcəyi gözlənilir.

Bunlar İlqar Qasımov, Rasim İsmayılov və Rüfət Hacıəlibəyovdur. Yalnız Nadir Zeynalovun öz vəzifəsində qalacağı bildirilir. Toyuqlu pizza

Vəzifədən ayrılması gözlənilən müavinlərdən İlqar Qasımov və Rasim İsmayılov 2022-ci ilin fevralında, sabiq nazir Teymur Musayevin dövründə təyin olunublar. Rüfət Hacıəlibəyov isə bu ilin iyulunda nazir müavini vəzifəsinə gətirilib.

Vəzifədən göndəriləcəyi bildirilən müavinlərdən İlqar Qasımovun adı son illər səhiyyə sistemində bir sıra mübahisəli məsələlərdə gündəmə gəlib.

Xüsusilə plastik cərrahların sertifikatlaşdırılması ilə bağlı qalmaqalda onun imzası olan sənədlər ətrafında suallar yaranıb. Sertifikatların verilməsi proseduru və bu prosesdə vəzifəli şəxslərin rolu mediada müzakirələrə səbəb olub.

İlqar Qasımovun adı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı idarəçiliklə bağlı məhkəmə mübahisəsində də çəkilib.

Digər müavin Rüfət Hacıəlibəyovun adı isə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə prosesində hallanıb.

Xatırladaq ki, Mehdi Əmrahov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.

Məhkəmədə Əmrahov iddia edib ki, idarə əməkdaşlarının evdən işləməsindən həmin vaxt qurumun kuratoru olan Rüfət Hacıəlibəyovun xəbəri olub. Onun sözlərinə görə, bununla bağlı yazılı əmr verilməsə də, məsələ səhiyyə nazirinə məruzə edilib və şifahi razılıq alınıb.

Lakin dövlət ittihamçısı bildirib ki, 2025-ci ildə idarədə yoxlamaların başlanmasının və iddia olunan yeyintilərin üzə çıxmasının təşəbbüskarı məhz Rüfət Hacıəlibəyov olub.

Vəzifədən ayrılması gözlənilən üçüncü müavin Rasim İsmayılov isə səhiyyə sisteminə bank-maliyyə sektorundan gəlib. O, əvvəllər “Muğanbank”da rəhbər vəzifədə, daha sonra Dövlət Vergi Xidmətində çalışıb.

Beləliklə, gözlənilən dəyişikliklər reallaşarsa, Səhiyyə Nazirliyinin mövcud müavin korpusunun böyük hissəsi yenilənəcək.

Qeyd edək ki, nazir müavinləri Prezidentin sərəncamı ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Hələlik gözlənilən dəyişikliklərlə bağlı rəsmi qərar açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!