Sabah Bakının 3 rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Sosial

13 Avqust 2025 20:30 849


Sabah saat 10:00-dan etibarən Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır. Sezar pizza

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!