Sabah bəzi marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək

Sosial

15 Sentyabr 2021 00:20 840


15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, 15.09.2021-ci il tarixində səhər saat 09:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

1-ci istiqamət: Şəhidlər xiyabanı-“İçərişəhər” m/st-İstiqlaliyyət küçəsi- Qala Qapısı - Azneft dairəsi - Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 ve 127 nömrəli marşrutlar. Sezar pizza

2-ci istiqamət: S.Vurğun bağı - Bülbül pr.- Neftçilər pr. - Azadlıq pr. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!