Sabah bu rayonlarda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu rayonlarda qaz olmayacaq

Sosial

29 Noyabr 2021 18:38 1030


Sabah Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sezar pizza

Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı sabah saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!