Sabah çimərliklərdə 22 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah çimərliklərdə 22 dərəcə isti olacaq

Sosial

14 İyun 2019 10:48 1307


15 iyuna gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 15-də hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Pepperoni pizza

Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Rayonlarda iyunun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!