Sabah hava dumanlı olacaq
31 Okt 2020 11:55
448

Sabah hava dumanlı olacaq

Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə gröə, cənub küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz  20-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 759 mm civə sütunundan 762  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.  

Noyabrın 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 10-15, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz  18-23 dərəcə  isti olacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər