Sabah hava gözəl olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava gözəl olacaq

Sosial

15 Sentyabr 2021 12:57 785


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-29° isti olacaq. Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi  755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  60-70  %, gündüz 40-45 %olacaq.

Tibbi-meteoroloji proqnoz Dominos pizza

Sentyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək.  Havanın temperaturu gecə 17-22°  isti, gündüz  30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz  17-22° isti olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!