Sabah hava küləkli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava küləkli olacaq

Sosial

17 İyul 2021 13:15 1047


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, cənub küləyi əsəcək, havanın temperaturu gecə 23-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Pepperoni pizza

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti: Cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 18-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25  isti, gündüz 35-39 isti, dağlarda gecə 

13-18 isti,  gündüz  23-28 dərəcə isti olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!