Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

14 Sentyabr 2021 12:34 780


Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Pepperoni pizza

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. 

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.   

Nisbi rütubət  60-70 %, gündüz 40-45 %olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 15-də Abşeron yarımadasında mülayim xəzri küləyi və komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°  isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!