Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

17 Sentyabr 2021 12:48 663


Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.  pizza

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.   

Nisbi rütubət  60-70  %, gündüz 40-45 %olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.   

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21°  isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  11-16° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!