Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

30 Sentyabr 2021 12:55 560


Oktyabrın 1-də  gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim şimal-şərq küləyi əsəcək.   Sezar pizza

Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq. 

Atmosfer təzyiqi  767 mm civə sütunundan 770 mm civə sütuna yüksələcək.  Nisbi rütubət  60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 1-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti  gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı,  dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15°  isti, gündüz 16-19° isti, dağlarda gecə 3-8° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!