Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

12 Noyabr 2021 13:19 599


Noyabrın 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. pizza mizza

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!